“Kartof tarlası” yeniləndi
24.09.2010 - 23:00
“Real” rəhbərliyi komandanın baş məşqçisi Joze Mourinyonun “Santyaqo Bernabeu” stadionunun qazonundan narazılığını nəzərə alıb. Apasport.az saytının xəbərinə görə, qazondan portuqaliyalı çalışdırıcı ilə yanaşı, komandanın futbolçuları da narazılıq edirdilər. Rəhbərlik problemi həll etmək üçün Slovakiyadan 22 yük maşınında yeni ot örtüyü gətizdirərək, arenaya sərib. Yenilənmiş qazonda ilk oyun oktyabrın 3-də "Deportivo" ilə matç olacaq.
Qeyd edək ki, Mourinyo "Santyaqo Bernabeu"dakı qazonu dəfələrlə tənqid edərək onu "kartof tarlası" adlandırmışdı. Futbolçular isə belə qazonun onların yaxşı oynamasına imkan vermədiklərini söyləyirdilər.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0