Çalımbaya məsləhət: Rəşad Sadıqov əsas heyətdə olmalıdır
25.09.2010 - 12:07
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Əskişəhərspor” klubu bu gün növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, bu oyunu böyük diqqət yetirən qonşu ölkə mətbuatı hələ də qələbə həsrətində olan əskişəhərlilərin uğur qazanmağının yollarını axtarır. Hətta həmkarlarımız komandanın baş məşqçisi Rza Çalımbaya da məsləhət verməyi lazım bilir.
“Qaziantepspor”la qarşılaşmanın Rəşadın komandası üçün önəmli olduğunu qeyd edən həmkarlarımız 28 yaşlı müdafiəçinin meydana çıxmağını zəruri sayırlar: Çalımbay meydana qorxaq, müdafiəyə meylli heyət yox, daha çox hücumu düşünən komandanı buraxmalıdır. Müdafiənin mərkəzində Sadıqovla Nadareviç çıxış etməlidir. Sadıqovun soyuqqanlı və sərt oyun anlayışı müdafiə xəttində rahat nəfəs almağımıza imkan verəcək. Onun yerində etdiyi müdaxilələr isə arxa xəttimizdəki çatışmazlıqları aradan qaldıracaq.
Qeyd edək ki, türk həmkarlarımız oyunla bağlı təxmini heyətləri açıqlayarkən də hələ komandasında debüt etməyən Rəşadın adını “11-liy”ə daxil ediblər.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0