Maradona yenidən Argentinanın baş məşqçisi olmaq istəyir
25.09.2010 - 12:50
Futbol üzrə Argentina milli komandasının keçmiş baş məşqçisi Dieqo Maradona yenidən yığmanın başına keçə biləcəyini söyləyib. Lent.az-ın “Marca”ya istinadən verdiyi xəbərə görə, Maradona Argentina millisinin bütün məsuliyyətini çiyinlərinə almaq istəyir.
“Mənim komandaya qayıtmağa böyük arzum və istəyim var. Bunun üçün futbol federasiyasının zəngini gözləyirəm. Dünya Çempionatından sonra özümü çox pis hiss edirdim, ancaq indi yığmaya qayıda bilərəm” - deyə, Maradona bildirib.
Qeyd edək ki, CAR-da keçirilən 2010-cu il futbol üzrə Dünya Çempionatının favoritlərindən olan Argentina millisi 1/4 final mərhələsində Almaniyaya 4:0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Bu matçdan sonra Dieqo Maradona baş məşqçi postundan istefa vermək qərarına gəlmişdi.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0