“Turan”da yeni baş məşqçi - FOTO
28.09.2010 - 11:20
Gürcü mütəxəssis Revaz Dzodzuaşvili Tovuzun “Turan” klubunun yeni baş məşqçisi olacaq. Komandanın prezidenti Musa Süleymanov apasport.az saytına açıqlamasında istefaya göndərdikləri Sakit Alıyevi onunla əvəzlədiklərini bildirib.
Mövsümün əvvəlində “Turan”a məsləhətçi kimi dəvət edilən 65 yaşlı mütəxəssis ən azı qışa kimi komandanı çalışdıracaq.
Qeyd edək ki, Dzodzuaşvili məşhur futbolçumuz Anatoli Banişevski ilə birgə 1972-ci ildə SSRİ yığmasının heyətində Avropa çempionatının gümüş medalını qazanıb. 1994-cü ildə Gürcüstanın ən yaxşı məşqçisi seçilən mütəxəssis müxtəlif klublar yanaşı, öz ölkəsinin və Latviyanın milli komandasını da çalışdırıb. Dzodzuaşvilinin sonuncu iş yeri iki il öncə Qazaxıstanın “Şaxtyor” klubu olub.

- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
0
0