Eto’Odan 30 min avroluq zərbə
23.11.2010 - 16:07
“İnter” klubunun kamerunlu futbolçusu Samuel Eto’O-ya Zinəddin Zidanın yolu ilə getmək baha başa gəlib. Apasport.az saytının məlumatına görə, hücumçu A seriyasının hesabat turunda “Kyevo” ilə oyunda rəqib futbolçu Boştyan Tsesarın sifətinə Zidansayağı, yəni başı ilə zərbə vurduğu üçün 3 oyunluq cəzaya və 30 min avro cəriməyə məruz qalıb. Ancaq öncə əllə Samuelin sifətinə dəyən “Kyevo”nun futbolçusu cəzadan yaxa qurtarıb.
Qeyd edək ki, Zidan Fransa yığmasının heyətində DÇ-2006-nın finalında İtaliya ilə görüşdə Samuelin “İnter”dəki komanda yoldaşı, müdafiəçi Marko Materatsiyə başı ilə zərbə vurmuşdu. Zinəddin bu hərəkətinə görə 3 oyunluq cəzalanmış, 5 min avro cərimələnmişdi. Ancaq fransalı həmin oyundan sonra karyerasını bitirdiyindən, cəza mənasız idi.

- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0