“Anji” rəhbərliyi Mahir Şükürovun borcunu verə bilmir
01.12.2010 - 10:58
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun vətənə qayıtmamağının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi mövsüm bitdiyi üçün məzuniyyətə buraxılsa da, hələ də Rusiyanın “Anji” klubunun düşərgəsini tərk etməyib.
Buna səbəb Mahirin həll etməsi zəruri olan bəzi məsələlərdir. Bu ilk növbədə “Anji”nin futbolçularına borclu olması ilə bağlıdır. Belə ki, rəhbərlik 2 aydır Mahir və digər futbolçuların maaşlarını verə bilməyib. Komandanın baş məşqçisi Hacı Hacıyev də futbolçulara borclu olduqlarını təsdiqləyib: “Klub rəhbərliyinin futbolçulara borclu olduğu səbəbindən mən də “Anji”ni tərk edə bilmirəm. Bu, yaxşı çıxmır. Respublika rəhbərliyi bizə lazım olan qayğını göstərir. Biz də borcla bağlı duruma anlayışla yanaşırıq. Hazırda əksər klublarda oxşar vəziyyət yaranıb”.

- “Barselona” və “Fənərbaxça” öncəsi – Dursun Özbekdən futbolçulara müjdə
- “Real”ın ulduzu dublyorla əvəzlənib? – “Bu, həqiqi Vinisius deyil”
- “Barselona”ya Rafinya şoku – “Qalatasaray”la oyunda iştirakı sual altındadır
- Yamaldan tənqidlərə cavab: “Bir ay əvvəl başqa şey deyirdiniz”
- A Seriyası klubunda yeni baş məşqçi
0
0