UEFA Joze Mourinyonu cəzalandırdı
01.12.2010 - 13:22
UEFA Madrid “Real”ının baş məşqçisi Joze Mourinyonu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun Nizam-İntizam Komitəsi portuqaliyalı mütəxəssisi Çempionlar Liqasında 2 oyunluq diskvalifikasiya edib.
Düzdür, bunun biri şərtidir və Mourinyoya üç illik sınaq müddəti kəsilib. UEFA-nın cəzası isə “Real”ın çalışdırıcısının Hollandiyanın “Ayaks” klubu ilə səfər oyununda iki futbolçusu – Serxio Ramos və Xabi Alonsoya bilərəkdən ikinci sarı almağı tapşırmasıdır. Hər iki futbolçu bununla son turda “Fransanın “Oser” klubu ilə heç bir şeyi həll etməyən oyunu buraxıb, pley-off mərhələsinə “təmiz çıxacaqdılar”.
Mourinyo İspaniya yığmasının üzvlərinə bu göstərişi qapıçıları – İker Kasilyas və İrji Dudek vasitəsilə çatdırıb. UEFA-nın müvafiq qurumu Mourinyonu 40, Alonso və Ramosu hərəyə 20, Kasilyası 10, Dudeki 5 min avro cərimələyib. “Real” UEFA-nın büdcəsinə ümumilikdə 120 min avro cərimə ödəməlidir.

- “Barselona” və “Fənərbaxça” öncəsi – Dursun Özbekdən futbolçulara müjdə
- “Real”ın ulduzu dublyorla əvəzlənib? – “Bu, həqiqi Vinisius deyil”
- “Barselona”ya Rafinya şoku – “Qalatasaray”la oyunda iştirakı sual altındadır
- Yamaldan tənqidlərə cavab: “Bir ay əvvəl başqa şey deyirdiniz”
- A Seriyası klubunda yeni baş məşqçi
0
0