Danimarka yığması AFFA-ya “hə” dedi
07.12.2010 - 17:12
Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yanvar–fevral aylarında Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirməsi üçün danışıqlar aparan AFFA Danimarka millisi ilə ilkin razılıq əldə edib.
Rəsmi razılaşmadan sonra Azərbaycan və Danimarka milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Danimarka millisi FİFA-nın reytinq cədvəlində 812 xalla 27-ci pillədə qərarlaşıb. Yığmamız indiyədək heç vaxt bu rəqiblə görüşməyib.

- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0