“Qalatasaray” “Cəhənnəm”lə vidalaşır
07.12.2010 - 18:20
“Qalatasaray” klubu uzun illər doğma stadionu olan “Əli Sami Yen”lə vidalaşır. Apasport.az saytının məlumatına görə, “Cim Bom” futbol dünyasında “Cəhənnəm” kimi tanınan arenasında son oyununu keçirəcək. Bu, gələn ilin yanvarın 11-də ölkə kubokunda “Beypazarı Şəkərspor”la oyun olacaq. Klub əfsanəvi stadionu üçün vida gecəsi hazırlayır. Onun təmtəraqlı keçirilməsi planlaşdırılıb. “Qalatasaray” bundan sonra yeni stadionu olan “Türk Telekom Arena”sında açılış mərasimi keçirəcək. 52 min tutuma malik arenada ilk oyun yanvarda Türkiyəyə təlim-məşq toplanışına gələcək Hollandiyanın “Ayaks” klubu ilə yoldaşlıq görüşü ilə olacaq.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0