“Komandamızın ilk “altılığ”a düşəcəyinə inanıram”
08.12.2010 - 12:15
“Gəncə” klubunun əvəzedici komandası çempionatda ilk “altılığ”a düşməyi qarşısına məqsəd qoyub. Bunu apasport.az saytına açıqlamasında əvəzedicilərin baş məşqçisi Mehman Hacıyev bildirib. Onun sözlərinə görə, klub rəhbərliyinin göstərdiyi diqqət öz sözünü deyir: "Komandada əhval-ruhiyyə yaxşıdır. Klubun rəhbərliyinin qayğısı nəticəsində futbolçular oyundan-oyuna nəticə verirlər. İnanıram ki, komanda ilk “altılığ”a düşəcək və mübarizəsini davam etdirəcək".
Qeyd edək ki, "Gəncə"nin əvəzedici heyəti son 3 turda “Simurq”, MOİK və “Muğan” üzərində qələbə qazanıb. Komanda 19 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Gəncə"nin əvəzedici heyəti son 3 turda “Simurq”, MOİK və “Muğan” üzərində qələbə qazanıb. Komanda 19 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
0
0