“Bakı” – “Muğan” oyunu bukmekerlərin diqqət mərkəzində
08.12.2010 - 13:27
Bu gün NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Bakı” – “Muğan” oyununa bukmeker kontorlarının böyük marağı var. Apasport.az saytının məlumatına görə, Avropanın aparıcı kontorlarından hesab olunan gamebookers şirkəti bu matç üçün canlı pul qoyuluşu qəbul edir. Bukmekerlər oyunun gedişində şirkətin təqdim etdiyi müxtəlif variantlara pul qoyuluşu edə biləcəklər. Bura hansı komandanın sarı vərəqə alacağı, neçənci dəqiqələr arasında qol vurulacağı, həmçinin ilk hissənin necə başa çatacağı və s. variantlar daxildir.
Qeyd edək ki, “Bakı” – “Muğan” qarşılaşması saat 14:00-da başlayacaq və “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, “Bakı” – “Muğan” qarşılaşması saat 14:00-da başlayacaq və “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
0
0