Məşhurlar Azərbaycanla oyunu buraxacaq
09.12.2010 - 14:55
Gələn ilin yanvar-fevral aylarında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək yoldaşlıq oyununda Azərbaycanla görüşəcək Danimarka yığması Asiyaya əsas heyətlə yollanmayacaq. Apasport.az saytının məlumatına görə, şimal təmsilçisinin futbol assosiasiyasının mətbuat katibi Lars Berendt bu qarşılaşma haqda fikirlərini açıqlayıb. O bildirib ki, BƏƏ-də keçiriləcək 2 həftəlik təlim-məşq toplanışına yalnız Danimarka klublarında forma geyinən futbolçular qatılacaq: “Hazırda toplanışla bağlı məsələlər üzərində çalışırıq. Bu səfər baş tutacağı halda, rəqiblərimizdən biri Azərbaycandır. Lakin təkcə bu komanda ilə oynamayacağıq. Başqa rəqiblərlə danışıqlar aparırıq”.
Berendt vurğulayıb ki, baş məşqçi Morten Olsenin təlim-məşq toplanışında istədiyi oyunçuları sınaması üçün güclülər dəstəsi klubları ilə anlaşma əldə olunub. Həmin klublar da futbolçularını yığmaya buraxacaqlar.
Qeyd edək ki, bu ilin yayında keçirilən dünya çempionatının final mərhələsində çıxış edən Danimarka yığmasının heyətində 23 futbolçudan yalnız yeddisi yerli klubları təmsil edirdi. Niklas Bendtner (“Arsenal”, İngiltərə), Dennis Rommedal (“Ayaks”, Hollandiya), Daniel Agger (“Liverpul”, İngiltərə) kimi məşhur legionerlər isə BƏƏ-yə yollanmayacaqlar. Ən azı ona görə ki, onların məxsus olduğu klublar FİFA-nın oyun pəncərəsi olmayan vaxtda, özü də 4 gündən artıq müddətə futbolçularını buraxmaz.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0