Elvin Məmmədov “qol orucu”nu pozmaq istəyir
10.12.2010 - 15:38
“Simurq” öz meydanında döyüşən komandadır. Üstəlik, son turda səfərdə “Bakı”nı məğlub edərək, ruh yüksəkliyi qazanıblar. Bizə qarşı da vuruşacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
Sabah Unibank Premyer Liqasında XVII tur çərçivəsində ağdamlılar “Simurq”un qonağı olacaqlar. Klubun rəsmi saytına açıqlama verən Məmmədov bildirib ki, səfərdə onları yalnız qələbə qane edəcək: “Biz meydandan 3 xalla ayrılmaq istəyirik. “Qarabağ” heç vaxt Zaqatalada qələbə qazana bilməyib. Hər bir komandanın eniş vaxtı olur. Bəlkə də, bizim bu enişi erkən yaşamağımız daha yaxşı oldu. Toparlanmaq üçün şansımız var. “Turan”la oyunu isə artıq unutmaq lazımdır. Bu matçı fikirləşmək bizim ziyanımıza işləyər. Ona görə də daim qabağa baxmaq lazımdır. Özü də bu mövsüm qol vurmamışam. Düzdü, təki komanda qələbə qazansın. Amma çox istərdim ki, Zaqatalada siftə edim. “Qarabağ”ın ilk “6-lığa” düşəcəyinə şübhə etmirəm. Biz çətin günləri arxada qoyacağıq. Buna heç kimin şübhəsi olmasın”.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0