“Barselona”nı da “sındırdılar”, amma dünya rekordu ilə
10.12.2010 - 16:03
İspaniyanın “Barselona” klubu “Qatar Foundation” şirkəti ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, kataloniyalıların titul sponsoru olacaq şirkət komandaya ildə 33 milyon avro ödəyəcək. Bu, dünya futbol tarixinin yeni rekordudur.
2006-cı ildən titul sponsorundan imtina edən “Barselona” son 4 ildə formasının üzərində heç bir sponsorunun adını daşımırdı. UNİCEF-lə xeyriyyə məqsədləri ilə əməkdaşlıq edən İspaniya təmsilçisinin özü ildə 2 milyon avronu bu təşkilata ödəyirdi.
Yeni sponsorla anlaşma 5 il müddətinə nəzərdə tutulub və “Qatar Foundation”un adı UNİCEF-in loqosu ilə birlikdə “Barselona” formalarını bəzəyəcək.
Qeyd edək ki, “Barselona”ya qədər bu rekord “Mançester Yunayted”ə malik idi. İngilislər AON ilə müqaviləyə əsasən, ildə 23,6 milyon avro qazanır.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0