“Qəbələ” klubuna keçidim mümkündür”
11.12.2010 - 00:05
“Açığı, transferə çıxarıldığımı özüm də az öncə bilmişəm. Klub prezidenti mənimlə söhbət edib, transferə çıxardığımı dedi”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun futbolçu Vurğun Hüseynov deyib.
Komandasının kapitanı olan 21 yaşlı müdafiəçi klub rəhbərliyinin onu transferə çıxarmasının səbəblərini açıqlayıb: “Bunun səbəbi elə özümlə bağlıdır. Daha iddialı, çempionluq uğrunda mübarizə aparan komandada çıxış etmək istəyirəm”.
Öz istəyi ilə “Turan”dan ayrılacağını bildirən Hüseynov onu heyətində görmək istəyən komandaların olmasını da gizlətməyib: “Təkliflər var, lakin bu komandaların adlarını açıqlamaq istəmirəm. Onlar bizim klubla danışıqlar aparıb, keçidi həll etməlidir. Yayda keçidim gündəmdə olduğu “Xəzər Lənkəran”a da, əvvəllər formasını geydiyim “Qəbələ”yə də keçidim mümkündür”.
Vurğunun sözlərinə görə, onun transferə çıxarılması demək olar ki, şərti xarakter daşıyır. Çünki müdafiəçi ilin son 3 görüşündə də meydana çıxacaq: “Transferə çıxarılsam, da son turlarda komandama kömək edəcəyəm. Elə sabahkı görüşdə də iştirak edəcəyəm. Kubokun “Qarabağ”la qarşılaşmasında oynamamağım isə zədə ilə bağlı idi. Çempionatın son oyununda xəsarət alıb erkən əvəzlənmişdim. Lakin artıq bu problem də həll olunub”.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0