Arif Əsədov: İnanıram ki, liderliyimizi qaytaracağıq
11.12.2010 - 21:02
Bakının “Neftçi” klubunun Unibank Premyer Liqasının XVII turundakı məğlubiyyətinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Arif Əsədov “Bakı” ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın 0:2 hesablı məğlubiyyətinə izah tapıb.
O, nəticəni heyətdəki itkilərlə əsaslandırıb: "Komandamızda zədəli futbolçular var idi. Bu gün Rail Məlikov zədəli halda oynayırdı. Rəşad Abdullayevin hərarəti var idi, ehtiyat oyunçular siyahısında yer alsa da, oynaya bilmədi. Turnir cədvəlində öz mövqeyimizi itirmişik. Lakin, inanıram ki, qarşıdakı turlarda liderliyimizi qaytaracağıq".
Mənbə: pfl.az

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0