“Neftçi”də yeni simalar
15.12.2010 - 00:26
I divizion təmsilçisi "Neftçi" İSM Gürcüstana yollanıb. Aşağı dəstədə II dövrənin startına 60 gün qalsa da, komanda artıq hazırlıqlara başlayıb. "Neftçi İSM" Gürcüstan toplanışı zamanı Batuminin "Dinamo" və "Adeli" klubları ilə yoldaşlıq oyunu keçirəcək. Komanda dekabrın 24-də Bakıya qayıdacaq.
"Neftçi" İSM heyətinə yeni futbolçular cəlb edib. Belə ki, "Şəmkir"dən Əli İsmayılov, "Rəvan"dan Aslan Hüseynov, "Bakılı"dan Sabir Lotovla Fuad Əliyev heyətə qatılıb. Baş məşqçi Elçin Dərgahquliyev Gürcüstan toplanışı zamanı iki gürcü futbolçunu sınaqdan keçirəcək. Bu futbolçulardan biri yarımmüdafiəçi, digəri hücumçudu. Bir neçə futbolçu isə heyətdən kənarlaşdırılıb.
Dekabrın 24-də Bakıya dönəcək "Neftçi" İSM yanvarın 6-dək istirahət edəcək və daha sonra 10 gün paytaxtda toplanış keçəcək. Ardınca I divizion klubu Türkiyəyə yollanacaq. Komanda ya Rizə, ya da Trabzon şəhərində iki həftə ərzində təlim-məşq toplanışında olacaq. "Neftçi" İSM yanvarın 21-də Türkiyənin 3-cü liqa təmsilçisi "Hopaspor"la yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, I divizionda II dövrəyə fevralın 12-də start veriləcək.
Mənbə: “Ekspressfutbol” qəzeti

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0