Yığmamızın rəqibindən son 9 ilin rekordu
16.12.2010 - 14:59
Azərbaycan milli komandasının rəqibi yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan Avstriya millisi son 9 ilin ən yüksək göstəricinə imza atıb. Belə ki, ötən ayla müqayisədə 3 pillə irəliləyən Didi Konstantininin yetirmələri FİFA reytinqinin 46-cı pilləsinə yüksəlib. Bu rəqibimizin 2001-ci ildən sonra qalxdığı ən yüksək mövqedir. 9 il əvvəl avstriyalılar 43-cü pilləyədək irəliləmişdi.
Qeyd edək ki, millimiz FİFA reytinqində 98-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, millimiz FİFA reytinqində 98-ci pillədə qərarlaşıb.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
0
0