“Bakı” ilə görüşdə Kaxaber Sxadadze üçün əlamətdar hadisə
16.12.2010 - 15:50
Unibank Premyer Liqasının XVIII turu Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu gürcüstanlı mütəxəssisin rəhbərliyi altında 50-ci Premyer Liqa oyununa çıxacaq.
Dekabrın 18-də baş tutacaq “Bakı” ilə qarşılaşmaya qədər 49 çempionat matçında iş başında olan Sxadadze 25 qələbəyə sevinib və 14 dəfə heç-heçə ilə kifayətlənib. Bu mütəxəssislə 10 məğlubiyyət görən “bankirlər” 61 qol vuraraq 39-nu buraxıb.
Qeyd edək ki, ötən mövsüm debüt etdiyi komanda ilə çempion olan Sxadadze 2009/10-da 32, cari mövsüm 17 görüşdə “İnter”in “sükanı arxasında” olub.

- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
0
0