Futbolçu oyun öncəsi dünyasını dəyişdi
16.12.2010 - 16:34
İngiltərə kuboku öncəsi faciə baş verib. Apasport.az saytının məlumatına görə, “Raşden” klubunun qapıçısı Deyl Roberts “İstvud”la görüş ərəfəsində 24 yaşında dünyasını dəyişib.
Oyun bu səbəbdən təxirə salınıb. Futbolçunun ölümünün səbəbi hələ müəyyənləşməyib.
“Raşden”ə ötən il “Nottingem Forest”dən keçən Deyl əvvəllər “Sanderlend” və “Midlsbro”nun gənclərdən ibarət komandalarında oynayıb.
O, Konferensiyada oynayan klubun üzvü idi ki, bu da gücünə görə İngiltərənin 5-ci liqasına bərabər tutulur. Qapıçı “Mançester Siti” və İngiltərə yığmasının futbolçusu Adam Consonun yaxın dostu imiş.

- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
0
0