Azərbaycan yığması məktəblilər qarşısına çıxır
17.12.2010 - 10:09
Gələn ilin yanvarında keçiriləcək FİFA-nın sabiq I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin biletlərinin qiymətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, rusiyalılar yarış zamanı tribunaların doldurulması üçün əllərindən gələni etmək niyyətindədirlər. Belə ki, 2018-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsinə ev sahibliyi hüququnu qazanan şimallılar istisnasız olaraq bütün turnirlərdə ölkədə futbolun necə sevildiyini göstərmək istəyir.
Bu səbəbdən də 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da oynayacağı yarışın biletləri çox ucuz olacaq. Beynəlxalq turnirin qarşılaşmalarını izləmək istəyənlər cəmi 50 Rusiya rublu ödəməli olacaqlar. 1 manat 30 qəpiklik biletlərin satışa çıxarılması yalnız rəmzi xarakter daşıyır. Onsuz da futbol məktəblərinin yetirməsi olan uşaqlara arenaya giriş pulsuz olacaq. Üstəlik 1500 bilet orta məktəblərə paylanacaq ki, şagirdlər də yığmamızın oyunlarını pulsuz izləyəcək.

- Ronaldo millinin düşərgəsini tərk etdi - Yığmadakı karyerasını bitirə bilər
- UEFA klublara 31,5 milyon avro ödəyəcək
- Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
0
0