Azərbaycanlı futbolçular üçün yeni stimul
17.12.2010 - 10:40
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri üçün yeni stimul yaranıb. Apasport.az saytının məlumatına görə, gələn ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə çıxış edəcək futbolçularımız yeni təsis olunan mükafatın ilk qalibi ola bilərlər. Belə ki, bu ildən etibarən turnirin ən texnikalı futbolçusu seçiləcək. Bu oyunçuya 1933-35-ci illərdə SSRİ yığmasında çıxış etmiş, rus futbolunun əfsanəsi Pyotr Dementyev mükafatı təqdim olunacaq. Azərbaycanlı futbolçular daim texnikaları ilə seçildiyindən bu qəniməti ələ keçirməyə real namizədlərdən sayılır.
Qeyd edək ki, yığmamız yanvarın 3-də Ukrayna, 5-də Belarus, 7-də Çin, 9-da isə tutduğu yerdən asılı olaraq həmin yerə müvafiq olan finalda meydana çıxacaq.
Qeyd edək ki, yığmamız yanvarın 3-də Ukrayna, 5-də Belarus, 7-də Çin, 9-da isə tutduğu yerdən asılı olaraq həmin yerə müvafiq olan finalda meydana çıxacaq.
- Ronaldo millinin düşərgəsini tərk etdi - Yığmadakı karyerasını bitirə bilər
- UEFA klublara 31,5 milyon avro ödəyəcək
- Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
0
0