20 dəfə oynadığımız rəqib
22.12.2010 - 00:10
Gələn ilin əvvəlində keçiriləcək təlim-məşq toplanışı zamanı Azərbaycan millisi ilə görüşəcək Ukraynanın “Metallist” klubu futbolsevərlərimiz üçün tanış rəqibdir. Apasport.az saytının məlumatına görə, Xarkov təmsilçisi hələ SSRİ çempionatlarında dəfələrlə azərbaycanlılarla üz-üzə gəlib.
Konkret güclülər dəstəsindən danışsaq, həmin yarışdakı təmsilçimiz “Neftçi” 20 dəfə “Metallist”lə qarşılaşıb. İlk belə matç 1961-ci ildə baş tutub. Onda bakılılar Ukraynadan 1:0 hesablı qələbə ilə qayıtmışdılar.
Sonuncu, 1988-ci il noyabrın 15-də baş tutan matç isə bərabərliklə bitib. Bakıdakı görüşdə rəqiblər hərəyə 1 qol vuraraq, 1 xal qazanıblar. Ümumilikdə isə “Neftçi” və “Metallist” güclülər dəstəsində 20 dəfə görüşüb. Komandalar hərəyə 7 dəfə qalib gəlib. 6 dəfə heç-heçə bitən duellərdə “Metallist” daha çox qol vurub – 19:18.

- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
0
0