“Foqts məni kənara çəkib, bu cür davam etməyimi istədi”
22.12.2010 - 13:37
“Keçən toplanışda da özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Amma görünür, bacarmamışdım. Bununla belə, yığmanın dekabrda təşkil edilən təlim-məşq toplanışında məqsədimə nail oldum”. Bu sözləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun yarımmüdafiəçisi Elnur Abdullayev deyib.
Azərbaycan millisinin gələn ilin əvvəllərində Dubayda təşkil ediləcək təlim-məşq toplanışına çağırılan Abdullayev bunu gözləyirmiş. Salyan təmsilçisinin kapitanı bildirib ki, sonuncu hazırlıq prosesində yığmanın baş məşqçisi Berti Foqtsun ondan razı qaldığını hiss edib: “Sonuncu toplanışda ikitərəfli oyun keçirdik. Sonra Foqts məni kənara çəkib, bu cür davam etməyimi istədi. Bundan sonra baş məşqçinin məndən hardasa razı qaldığını anladım”.
Dubayda keçiriləcək oyunlara gəlincə, futbolçu millinin heyətində meydana çıxmağa hazır olduğunu vurğulayıb: “Danimarka və Macarıstanla qarşılaşacağıq. Oynamağa hazırıq. İstəyirəm ki, millidə ilk oyunumu keçirim”.
Sabah Unibank Premyer Liqasının XIX turu çərçivəsində AZAL-la qarşılaşacaq “Muğan” matçın hazırlığını yekunlaşdırıb. Ancaq komanda daxili ab-hava heç də yaxşı deyil: “Komanda yaxşı hazırlaşıb. Ancaq qələbə haqda düşünürük. Sadəcə, uşaqların əksəriyyəti xəstələnib. Qripə yoluxublar. İstənilən halda, əlimizdən gələ edəcəyik”.

- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
0
0