“Qəbələ”nin seriyası 96 gün çəkdi
23.12.2010 - 15:23
“Qəbələ” klubunun 3 ay davam edən uğurlu seriyası qırıldı. Apasport.az saytının məlumatına görə, bu, milli çempionatımızın hazırda keçirilən XIX turunda “Bakı” ilə ev oyununda reallaşdı – 0:1.
Toni Adamsın çalışdırdığı komanda bunadək ölkə kubokunu da nəzərə alsaq, 13 oyundur uduzmurdu. Bunlardan 12-si çempionatda olmuşdu. Qəbələlilər sonuncu dəfə VI turda, sentyabrın 19-da evdə “İnter”ə də 0:1 hesabı ilə yenilmişdi. Bununla da onlar 96 gündən sonra meydanı məğlub tərk etdilər.
“Bakı”nın braziliyalı futbolçusu Jaba “Qəbələ”nin qəniminə çevrilib. Belə ki, hücumçu I dövrədə evdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda da qələbə topunu vurmuşdu.
Qeyd edək ki, “Qəbələ”nin son 2 turda qələbə üzünə həsrət qalması azmış kimi, seriyaları da bitir. Komandanın latviyalı qapıçısı Pavel Doroşevin “quru seriya”sı ötən tur AZAL-la səfər oyununda 952-ci dəqiqədə qırıldı.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0