“Qarabağ” 5 futbolçunun müqaviləsini artırdı
27.12.2010 - 16:46
“Qarabağ” 5 futbolçusu ilə yeni müqavilə imzalayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi öz yetirmələri olan gənc futbolçular – Əfran İsmayılov, Rauf Əliyev, Maksim Medvedev və Qara Qarayevlə yayda başa çatacaq anlaşmalarının müddətini artırıb. İsmayılov, Əliyev, Medvedevlə müqavilə 2013-cü, Qarayevlə 2014-cü ilin yayına kimi uzadılıb.
Ağdamlılar bu yay Ukraynanın “Karpatı” klubundan transfer etdiyi legioner Ansi Aqolli də anlaşmasını müddətini artırıb. Sol cinah müdafiəçisi kimi inamlı oyunu ilə yadda qalan Albaniya yığmasının üzvü ilə il yarımlıq müqavilə bağlanıb.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0