Camal Məmmədov: Xəbərim olsaydı, hazırlıq görərdim
27.12.2010 - 18:10
“Transferə çıxarıldığımı bir qədər əvvəl öyrəndim”. Bunu apasport.az saytına açıqlamasında “İnter” klubunun yarımmüdafiəçisi Camal Məmmədov deyib.
2010-cu ili ilk “altılıq”da başa vuran “İnter” titulunu qorumaq niyyətindədir. Son çempion mövsümün arxada qalan hissəsində hələlik sözünü deyə bilməyib. Klub rəhbərliyi isə qış fasiləsində heyəti gücləndirmək niyyətindədir.
Bunun üçün ilk növbədə ümidləri doğrultmayan futbolçularla vidalaşmaq lazımdır. Artıq “bankirlər” vidalaşacaqları futbolçuların siyahısı açıqlanıb. Yayda heyətə cəlb edilən Camal Məmmədov da transferə çıxarılanlar siyahısındadır: “Mətbuatdan bir jurnalist zəng vurub, transferə çıxarılmağımla bağlı sual verdi. Bilmirdim. Xəbərim olsaydı, nəsə hazırlıq görərdim. Sadəcə, mətbuatdan zəng vurub dedilər. Hər halda, klub tapmaq problem olmayacaq”.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0