AZAL 2 futbolçuya azad agent statusu verdi
27.12.2010 - 19:00
Qış transfer çalışmalarına start verən AZAL klubu transferə çıxaracağı futbolçuları müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu gün klubun ofisində keçirilən görüşdə məşqçilər korpusunun üzvləri imtina etdikləri 2 futbolçunun adını rəhbərliyə təqdim edib.
Baş məşqçi Nazim Süleymanov onun etimadını doğrultmayan litvalı Marius Kazlauskas və həmyerlimiz Samir Abdulovun heyətdən kənarlaşdırılmasına qərar verib. Bunu nəzərə alan AZAL-ın rəhbərliyi hər iki futbolçunun transferə çıxarıb. Artıq hər iki oyunçunun komandadan ayrıldığını demək olar. Həm Samir, həm də Marius müqavilələrin qarşılıqlı razılıqla pozulmasını xahiş edib. Bunları nəzərə alan rəhbərlik onlara azad agent statusu verib.
Mənbə: azalpfc.az

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0