AFFA uşaqları sevindirdi
29.12.2010 - 00:33
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə AFFA ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin (İFTİB) əməkdaşları Sabunçu rayonunda yerləşən 22 saylı ruhi və əsəb xəstəliyindən əziyyət çəkən və valideyn himayəsindən məhrum olan uşaqlar üçün sanatoriyada görüş keçiriblər. Apasport.az saytının xəbərinə görə, tədbirdə İFTİB-nin prezidenti Elxan Tağızadə, veteran futbolçu Asim Xudiyev, 15 yaşadək qızlardan ibarət milli komandanın üzvləri, dövlət və özəl müəssisələr arasında keçirilmiş mini-futbol turnirinin qalibi olan SOCAR AQŞ şirkətinin əməkdaşları iştirak ediblər. Görüş zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0