“Styaua”nın mərkəz müdafiəçisi “Xəzər Lənkəran”a gəlir
29.12.2010 - 12:51
Rumıniya mətbuatı daha bir futbolçunu “Xəzər Lənkəran” klubuna “sırıyır”. Apasport.az saytının məlumatına görə, həmkarlarımız indi də Georgi Qalamazın Azərbaycan komandasına keçəcəyini iddia edirlər. “Styaua”da oyunu alınmayan 29 yaşlı mərkəz müdafiəçisi özünə yeni klub tapmaqda maraqlıdır.
“Xəzər Lənkəran” üçün isə Qalamaz transferə çıxarılan Adrian Yordaşeni layiqincə əvəz edə biləcək simadır. Ötən il debüt etdiyi Rumıniya yığmasında 3 oyun keçirən Qalamaz “Styaua”ya qədər “Rapid”, “Dinamo” və “Unirea”nın şərəfini qoruyub. 2007-ci ildə “Dinamo”, 2009-da isə “Unirea” ilə ölkə çempionu olub. Qalamaz ilk çempionluğunu Mirça Rednikin rəhbərliyi altında yaşayıb.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0