“Neftçi”dən şok transfer
29.12.2010 - 15:55
Gələn il Rusiyada keçiriləcək “Birlik kuboku” turnirində Bakının “İnter” klubunun rəqibi olan Qırğızıstan çempionu “Neftçi” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Koçkor-Ata təmsilçisi bir sıra tanınmış futbolçuları düşərgəsinə cəlb edib.
Qazaxıstan klublarından Kirill Pryadkin, Kirill Kekker, “Alqa”dan Valeri Kaşuba, Bakıtbek Mamatov, Vladimir Veryovkin, “Abdış-Ata”dan Roman Ablakimov, Ruslan Cəmşidov, “Şer”dən Vladimir Xoroşunov komandanın məşqlərində iştirak edir.
“Neftçi” Qırğızıstan üçün şok sayılan addım da atıb. Belə ki, son onilliyin ən yaxşı qırğız futbolçusu hesab olunan Emil Kenjisariyev də “Birlik kuboku”nda “Neftçi”yə kömək edəcək. Qazaxıstanın “Aktobe” klubunun hücumçusu ötən il Rusiyadakı yarışın ən yaxşı bombardiri olub. Onu qısa müddətə icarəyə götürəcək “Neftçi” Sankt-Peterburqdakı turnirdə Emilə ümid edir. Artıq razılığa gələn tərəflərin məsələni rəsmiləşdirməsi qalıb.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0