Ukraynalı bombardir: Azərbaycandan qayıdandan sonra planlarım dəyişdi
29.12.2010 - 17:39
“Açığı, özümdən belə zirəklik gözləmirdim. Axı mən əvvəllər Ukrayna və Azərbaycan liqalarında mövsümdə 8-dən çox qol vurmurdum. Gördüyünüz kimi, indi rekorda gedirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ukraynanın “Bukovina” klubunun futbolçusu Ruslan Qunçak deyib.
Ötən mövsümü Zaqatalanın “Simurq” klubunda keçirən 32 yaşlı ukraynalı yarımmüdafiəçi komandanın bombardiri oldu. “Simurq” “altılığ”a düşməyəndən sonra heyətində köklü islahatlar apararaq, legionerlərdən imtina etdi. Cari mövsümdə zaqatalılar əsasən gənc yerli futbolçuların xidmətinə bel bağlayaraq, autsayderlər sırasında yer alıb.
“Simurq”dan gedəndən sonra vətənə dönən Ruslan I liqada oynayır. “Bukovina”nın kapitanı ilk dövrədən sonra vurduğu 13 qolla bombardirlər sırasındadır: “Azərbaycandan qayıdandan sonra hələ bir mövsüm oynayıb, sonra karyeramı bitirməyi düşünürdüm. Ancaq yaxında fikirləşdim ki, futboldan hələ doymamışam və hər oyunu səbirsizliklə gözləyirəm. Ona görə planlarım dəyişdi. Əminəm ki, hələ 2-3 il yüksək səviyyədə oynaya biləcəyəm”.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0