Joze Mourinyo həm söydü, həm söyüldü
30.12.2010 - 10:23
“Real” klubunun baş məşqçisi Joze Mourinyo növbəti insidentin iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, çılğınlığı ilə tanınan portuqaliyalı mütəxəssis bu dəfə Madriddəki hava limanında fotoqraflarla söyüşüb.
Məsələ ondadır ki, neçə gündür hava şəraiti ilə əlaqədar reyslərin təxirə salınması üzündən ABŞ-dan İspaniyaya qayıda bilməyən Mourinyo Nyu-Yorkdan gələrkən fotoqrafların əhatəsinə düşüb. Ancaq kameralar qarşısında poza vermək həvəsində olmadığından, jurnalistlərdən onu dinc buraxmağı xahiş edib. Ancaq mətbuat nümayəndələrinin onu anlamadığını görən Mourinyo fotoqraflarla “atışıb”. Bu, getdikcə qarşılıqlı təhqirlərə çevrilib.
İnsident hadisə yerinə hava limanının təhlükəsizlik nümayəndələrinin gəlişindən sonra aradan qaldırılıb.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0