“Efirdə ağızlarına gələni danışırlar”
04.01.2011 - 00:03
“AzNur” şirkətinin komandamıza sponsorluq etməkdən imtina etməsi istisna deyil. Şirkət rəhbərliyi hələ qəti qərara gəlməyib. Ancaq fikirləri var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” futbol klubunun prezidenti Elmir Əliyev deyib.
2009-cu ildə fəaliyyəti bərpa olunan və ilk gündən kluba sponsorluq edən “AzNur” fikrini dəyişmək qərarına gəlib. Artıq bununla bağlı klub rəhbərliyinə məlumat verilib. Məsələyə münasibət bildirən “Gəncə” klubunun prezidenti şirkətin bu addımı atmasına kənar ünsürlərin də müəyyən təsir göstərdiyini bildirib.
Belə ki, ölkənin ikinci şəhərində yayımlanan “Kəpəz” kanalında futbolla bağlı veriliş yayımlanır. Həmin verilişə qonaq qismində dəvət edilən bəzi şəxslər klub prezidentini hədəfə alıblar: “Kəpəz klubu” adlı veriliş yayımlanır. Orda bəzi səviyyəsiz insanlar çıxış edərək, mənim istefa verməli olduğumu deyiblər. “AzNur”un rəhbərliyi də həmin verilişi izləyib və imtina etmək qərarına gəliblər. Onlar deyirlər ki, biz pul xərcləyib, komandanı yenidən qururuq, amma bunlar efirdən ağızlarına gələni danışırlar”.
Məsələdən Gəncə Regional Futbol Federasiyasının prezidenti Xanlar Fətiyevin də xəbərdar olduğunu deyən Əliyev onun da incidiyini qeyd edib: “Mövsümün əvvəlində komandanın qarşısına konkret məqsəd qoyulmuşdu. Debüt ilindəcə komanda ilk “altılığ”a düşməlidir. Bunu bacarmadıq. Həm bu, həm də efirdə səsləndirilən fikirlər Xanlar müəllimin inciməsinə səbəb olub”.
Bundan sonra ilk işlərinin sponsor axtarmaq olacağını qeyd edən klub rəhbəri bunun üçün bayram və istirahət günlərinin başa çatmasını gözləyir: “Bayramdan sonra sponsor axtarmaq məqsədi ilə müraciət edəcəyik”.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0