“Qalatasaray” Necati Atəşi geri qaytardı
04.01.2011 - 11:53
“Qalatasaray” klubu qış fasiləsində ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom” keçmiş futbolçusu Necati Atəşi geri qaytarıb. 2009-cu ildən “Antalyaspor” klubunda oynayan 31 yaşlı hücumçu ilə anlaşma əldə edilib.
“Qalatasaray”ın rumıniyalı baş məşqçisi Georgi Hacının sərəncamında görmək istədiyi Necatinin keçidi ilə bağlı klubu ilə də razılığa gəlinib. İstanbullular Atəşin əvəzində qarşı tərəfə iki futbolçusu – Əli Turan və Sərdar Özkanı verəcək. Əli “Antalyaspor”a getməyi qəbul etdiyi halda, Sərdarı razılaşdırmağa çalışırlar.
Qeyd edək ki, karyerasının ən yaxşı illərini “Qalatasaray”da keçirən (2004-07-ci illər, 109 oyun, 48 qol) Atəş Hacının rəhbərliyi altında oynayıb. O, “Cim Bom”la ölkə çempionluğu və kuboku qazanıb.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0