Belarus yığması Azərbaycanla oyuna finala vəsiqə üçün çıxacaq
04.01.2011 - 15:52
Belarusun 19 yaşlılardan ibarət yığma komandası (U-19) Rusiyadakı beynəlxalq turnirdə azərbaycanlı həmyaşıdları ilə sabahkı oyuna ciddi yanaşır. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIII turnirdə Azərbaycanın U-19-su ilə bir qrupa düşən belaruslular ilk oyunda Çin üzərində 2:1 hesablı qələbə qazanıb.
Sabah Bakı vaxtilə saat 17:00-da başlayacaq görüş rəqib üçün böyük əhəmiyyət daşıyır. Belə ki, Belarus U-19-u qalib gələrsə, qrupda 1-ci yeri tutub, finala vəsiqə qazanacaq. Düzdür, bunun üçün Ukraynanın Çinlə görüşdə qalib gəlməməyi də lazımdır.
Belarusun U-19-sunun baş məşqçisi Aleksey Vergeenko yığmamızla oyunda qələbəyə köklənib: “Bu, yalnız ilk oyun idi. Əlbəttə, həyəcan öz sözünü göstərirdi. Şadam ki, bunun öhdəsindən tezliklə gələ bildik. Yetirmələrimin hamısından razı qalmadım. Məsələn, müdafiəmiz əla oynadı, hücumda isə hələ işləməliyik. İndi bizim məqsədimiz minimum finala çıxmaqdır”.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0