XXI əsrin ən güclü qapıçıları
05.01.2011 - 11:35
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI sərin ən güclü qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Yuventus” klubunun və İtaliya yığmasının qapıçısı Canluici Buffon 2001-10-ci illər üçün hazırlanan sıralamada 1-ci olub. 33 yaşlı futbolçu 182 xal toplayaraq, kiçik fərqlə ispaniyalı həmkarı, Madrid “Real”ının qapıçısı İker Kasilyası (177 xal) qabaqlayıb.
İlk “onluq”da çexiyalı Petr Çex (“Çelsi, 138 xal), hollandiyalı Edvin van der Sar (“Mançester Yunayted”, 105), almaniyalı Oliver Kan (karyerasını bitirib, 99), braziliyalı Dida (klubsuz, 90), almaniyalı Yens Lemann (karyerasını bitirib, 72), argentinalı Roberto Abbondanzeri (“İnternasional”, 68), ispaniyalı Viktor Valdes (“Barselona”, 64), braziliyalı Julio Sezar (“İnter”) yer alıb.
76 nəfərin daxil olduğu siyahıda türkiyəli də var. Bu, qardaş ölkənin ən tanınmış qapıçısı olan Rüştü Rəcbərdir. Türkiyə yığmasının sabiq üzvü, “Beşiktaş” klubunda oynayan 38 yaşlı Rüştü 27 xalla 20-dir.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0