“Bakı” baş məşqçini dəyişir
05.01.2011 - 15:40
“Bakı” klubunda baş məşqçi dəyişikliyi gerçəkləşir. Apasport.az saytının məlumatına görə, Latviya mətbuatı bu ölkənin milli komandasının çalışdırıcısı Aleksandr Starkovun paytaxtın eyniadlı təmsilçisi ilə anlaşdığını yazıb. O, baş məşqçi postunda almaniyalı Vinfred Şaferi əvəzləyəcək.
Starkov “Bakı” ilə danışıqlar aparmaq üçün hələ dekabrda ölkəmizə gəlibmiş. Elə ilkin razılıq da həmin vaxt əldə olunub. Onun “Skonto”dan ayrılması isə bu komandadakı maliyyə problemləri ilə bağlıdır.
Xatırladaq ki, Starkov hələ ötən ilin yayında “Bakı”nın baş məşqçisi təyin oluna bilərdi. Lakin həmin vaxt uzun sürən danışıqlardan sonra bakılılar onunla ortaq məxrəcə gələ bilmədilər. Elə bu səbəbdən də Şaferlə anlaşdılar.
Starkov 2007-ci ildən Latviya yığmasına, 2009-cu ildən isə “Skonto”ya rəhbərlik edir. O əvvəllər də bu komandalarda çalışıb və nəzərəçarpacaq uğurlara imza atıb. 56 yaşlı mütəxəssisin rəhbərliyi altında Latviya millisi 2004-cü il Avropa çempionatının final mərhələsində çıxış edib. Daha sonra Starkov 2006-cı ilədək Rusiyanın Moskva “Spartak”ında çalışıb. Ali Məşqçilər Məktəbini başa vurub, “Pro” kateqoriyalı məşqçilik lisenziyası var.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0