“Baş məşqçi dəyişikliyi mənim üçün yaxşı fürsətdir”
05.01.2011 - 17:22
“Gələcək taleyimlə bağlı rəhbərliklə fasilə müddətində danışmışam. Yəqin ki, hansısa kluba getməyəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın futbolçusu Bəxtiyar Soltanov deyib.
“Zolaqlılar”ın yetirməsi olan 22 yaşlı sağ cinah yarımmüdafiəçisi almaniyalı baş məşqçi Vinfred Şaferin dövründə əsas komandadan kənarlaşdırıldı. Buna səbəb onun braziliyalı Leonardo Roşa ilə məşqdə aralarındakı insident olub. Nəticədə əvəzedici heyətə göndərilən Bəxtiyar II dövrədə oyun praktikasını orada qazandı: “Bakı” xidmətimdə maraqlı olduğundan, gedişimi istəmir. Həm də klubla müqaviləm var. Bu, 6 aydan sonra bitəcək. Ondan sonra da sərbəst futbolçu kimi hansısa komandaya gedə bilmərəm. Çünki 23 yaşım tamam olmadığı üçün mənə görə kompensasiya istəyə bilərlər”.
Başqa variantlarının olduğunu deyən Soltanovun sözlərinə görə, “Qarabağ”dan təklif almayıb: “Variantlarım var, ancaq ad çəkmək istəmirəm. Mən oynamaq istəyirəm. İndi mənim üçün əsas budur. Əgər ehtiyatda qalsam, icarəyə getməyə məcbur olacağam”.
Şaferin gedişini düzgün addım hesab edən Bəxtiyarın fikrincə, almaniyalı sabit komanda, güclü kollektiv yarada bilməyib: “Şaferin dövründə komanda sabit çıxış etmirdi. Mən onun vaxtında oynamırdım. Almaniyanın əvəzinə gətirmək istədikləri Aleksandr Starkovun yaxşı futbolçu, məşqçi olduğunu eşitmişəm. Bildiyimə görə, o, hələ ötən yay “Bakı”ya gələ bilərdi. Ancaq həmin vaxt nəsə alınmadı. Komandamız yanvarın 15-də Türkiyəyə 15 günlük təlim-məşq toplanışına gedəcək. Antalyada özünü göstərmək üçün hər cür şərait var. Bu, əsas heyətdə yerimi qaytarmağım baxımdan mənim üçün yaxşı fürsət olacaq. İstəyimə çatmaq üçün əlimdən gələni edəcəyəm”.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0