Azərbaycan klublarının 2011-ci ildə ilk qələbəsi
10.01.2011 - 09:26
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “İnter” klubu növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri Qazaxıstanın “Taraz” klubu ilə görüşüblər. Bakılılar bu matçdan 2:1 hesablı qələbə ilə ayrılıblar. Təmsilçimizin qollarını Rövşən Əmiraslanov və Girts Karlson vurublar.
Qeyd edək ki, “İnter” ilk oyununda Türkiyənin “Manisaspor” klubu ilə heç-heçə etmişdi – 1:1. Digər komandalarımızın hələ təlim-məşq toplanışında meydana çıxmadığını nəzərə alsaq “İnter”in qələbəsi klublarımızın 2011-ci ildə beynəlxalq arenada ilk qələbəsi olub.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0