“Futbolçularımız 90 dəqiqə qaçmağa hazır deyil”
10.01.2011 - 09:39
“Məğlubiyyətlərimizin əsas səbəbi fiziki hazırlığımızın yaxşı olmamasıdır. Bu, futbolçularım üçün bəhanə deyil, amma reallıqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri yeniyetmələrdən ibarət İtaliya yığmasının baş məşqçisi Paskuale Salerno deyib.
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnirdə sonuncu yeri tutan apenninlilərin çalışdırıcısı Azərbaycan yığmasına məğlubiyyətə belə izah tapıb: “Fiziki hazırlığımız yaxşı olmadığı üçün bu gün uzaq məsafəyə ötürmələrə üstünlük verirdik. Çünki futbolçularım 90 dəqiqə ərzində bütün meydan boyu qaçmağa hazır deyil. Rəqibimiz layiqli qələbə qazandı”.
Mənbə: affa.az

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0