“Rubin” “Neftçi”ni aldatdı
15.01.2011 - 19:32
Yanvarın 19-da Türkiyənin Antalya şəhərində “Neftçi” ilə Rusiyanın “Rubin” klubunun əvəzedici yox, gənclərdən ibarət komandası qarşılaşacaq.
Lent.az-ın məlumatına görə, bu haqda ikiqat Rusiya çempionunun rəsmi saytı yazıb. Xəbərdə bildirilir ki, “Rubin”in 21 yaşadək futbolçulardan ibarət komandası yanvarın 15-də Antalyaya yollanıb. İki həftəlik təlim-məşq toplantısı çərçivəsində Kazan komandası 3 rəqiblə yoxlama matçı keçirəcək. Onlardan ikisi Azərbaycan komandasıdır.
“Rubin” gəncləri yanvarın 19-da “Neftçi”nin əsas komandası ilə, yanvarın 26-da isə 17 yaşlılardan ibarət yığmamızla üz-üzə gələcək.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0