“Qəbələ” Antalyaya yollanır
17.01.2011 - 19:38
“Qəbələ” hazırlıq məqsədilə sabah Antalyaya yola düşəcək. Apasport.az saytının xəbərinə görə, komandanın əcnəbi futbolçuları kollektivə birbaşa Antalyada qoşulacaqlar.
Məşqlərə isə ayın 19-u start veriləcək. İlk yoldaşlıq matçının yanvarın 22-də keçirilməsi planlaşdırılır. Sözügedən qarşılaşmada “Qəbələ” ya Moskva “Lokomotiv”i ya da Varşava “Polonya”sı ilə üz-üzə gələcək. İkinci yoldaşlıq görüşündə əyalət təmsilçisi ayın 27-də “Şturm”la (Avstriya) münasibətlərini aydınlaşdıracaq.
Təlim məşq toplanışına yeni futbolçular da dəvət olunacaq. Futbolçuların adları açıqlanmasa da, onların Afrikadan olacağı gözlənilir. Hazırlıq prosesi ayın 28-ə kimi davam edəcək.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0