Amit Quluzadə: Məni çox yaxşı qarşıladılar
18.01.2011 - 00:03
“Hər şey yaxşıdır. Məni çox yaxşı qarşıladılar. Hələlik fərdi şəkildə məşq edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”dən ayrılıb Türkiyənin “Fənərbaxça” klubunun düşərgəsinə yollanan Amit Quluzadə deyib.
Yanvarın 1-də 3 günlük “Fənərbaxça”nın düşərgəsində olan və bu komandaya mümkün keçidi barədə danışan yarımmüdafiəçi daha sonra Bakıya qayıtsa da, yanvarın 10-da “Neftçi” ilə yenidən qardaş ölkəyə yollanıb. Daha sonra isə futbolçu “ağ-qaralar”la vidalaşıb, İstanbul təmsilçisinin düşərgəsinə yollanıb. Hələlik klubun bazasında məskunlaşan yarımmüdafiəçi yaradılan şəraitdən razı qaldığını bildirib: “Hər cür şərait yaradıblar. Göstərilən münasibətdən də razıyam”.
Hələlik əvəzedici komandanın düşərgəsində olan həmyerlimiz bir müddət burda qalacaq: “Əvəzedici komanda hazırda İstanbulda məşq edir. Mən də bu komandanın düşərgəsindəyəm. Baş məşqçi ilə tanışlıq xarakterli görüşümüz oldu”.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0