“Xəzər Lənkəran” futbolçusunu “Muğan”a qaytardı
18.01.2011 - 00:05
“Xəzər Lənkəran” qış fasiləsində heyətinə cəlb etdiyi futbolçu Anar Qasımovla yollarını ayırır. Bu haqda apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına məlumat verən komandanın rəisi Səməd Mustafayev bildirib ki, gənc yarımmüdafiəçi Bakıya qayıdır: “Anar bu gecə digər futbolçumuz Ruslan Poladovla birgə Bakıya qayıdır. Bildiyiniz kimi, Ruslan aldığı zədə üzündən xeyli müddət oynamayacaq və Bakıda müalicə olunacaq. Anarı isə Salyanın “Muğan” klubu buraxmır. Bunun onunla müqaviləsi olması ilə əsaslandırırlar. Biz də 2 klub arasında narazılıq olmasını istəməyərək, onu qaytarırıq”.
Qeyd edək ki, cari mövsümün ilk dövrəsini MOİK-də keçirən Qasımov əvvəl “Muğan”la 1,5 illik müqavilə imzalamışdı. Bundan az sonra “Xəzər Lənkəran” Anarla 2 illik müqavilə bağladığını elan edərək, onu yeni transferi kimi təqdim etdi.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0