Yığmamız Rusiya “Spartak”ına uduzdu
18.01.2011 - 09:47
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Təbriz Həsənovun yetirmələri bu ölkənin “Spartak” (Moskva) klubunun əvəzedici heyəti ilə qarşılaşıb. Bələkdəki “Arkadiya” otelinin meydanında baş tutan qarşılaşmanın taleyini 1 qol həll edib. “Spartak”ın belaruslu legioneri Xlebosolovun 14-cü dəqiqədə penaltidən vurduğu qol moskvalılara qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, oyunu Rusiya təmsilçisinin əsas komandasının baş məşqçisi Valeri Karpin də izləyib.
Qeyd edək ki, oyunu Rusiya təmsilçisinin əsas komandasının baş məşqçisi Valeri Karpin də izləyib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0