Rusiya “Spartak”ı ilə kim qarşılaşıb?
18.01.2011 - 12:26
Rusiyanın “Spartak” klubunun əvəzedici heyəti ilə qarşılaşan azərbaycan komandasının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatı moskvalıların 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasını 1:0 hesabı ilə məğlub etdiyini iddia edir. Lakin Təbriz Həsənovun yetirmələrinin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına yalnız bu gün başlamalıdır. Belə vəziyyətdə rusiyalılarla kimin qarşılaşdığı qaranlıq qalırdı.
Lakin AFFA-nın rəsmi internet saytının yaydığı xəbər bu məsələyə aydınlıq gətirib. Belə ki, “Spartak”la “Azercell U-17 Liqa”nın 2009/2010 mövsümünün qalibi olan “Qəbələ” klubunun müvafiq yaş qrupundan ibarət komandası görüşüb. Onların yarışın qalibi kimi AFFA tərəfindən Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına göndərilməsi elə rusları da çaşdırıb. Buna görə də rusiyalılar Azərbaycan çempionunu yığma kimi başa düşüblər.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0