Azərbaycan yığması məğlub oldu
19.01.2011 - 09:31
Futzal üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Belarusun Minsk şəhərində təlim-məşq toplanışında olan Joze Alessio da Silvanin yetirmələri yerli yığma ilə görüşüblər. “Dinamo” İdman Kompleksində baş tutan görüşdə millimiz Belarus yığmasına məğlub olub – 4:6. Azərbaycan millisinin heyətində Serjio, Tyaqo (2 qol) və Biro Jade fərqləniblər.
Qeyd edək ki, bu komandalar arasında yanvarın 16-da keçirilən yoldaşlıq oyununda millimiz 5:1 hesabı ilə qələbə qazanmışdı.
Mənbə: affa.az
Qeyd edək ki, bu komandalar arasında yanvarın 16-da keçirilən yoldaşlıq oyununda millimiz 5:1 hesabı ilə qələbə qazanmışdı.
Mənbə: affa.az
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0