Mahir Şükürovun komandası satıldı
19.01.2011 - 12:18
Senator Süleyman Kərimov Rusiyanın “Anji” futbol klubunu alıb. Lent.az-ın məlumatına görə, bu haqda Dağıstan Respublikası rəhbərliyinin mətbuat xidmətindən açıqlama yayılıb.
Açıqlamada bildirilir ki, Moskvada Dağıstan prezidenti Maqomedsalam Maqomedovla Rusiya Federasiyası Şurasının üzvü Süleyman Kərimov arasında görüş keçirilib. Görüşdə respublika parlamentinin spikeri və “Anji”nin prezidenti Maqomedsultan Maqomedov da iştirak edib. Nəticədə “Anji” klubunun Kərimovun rəhbərlik etdiyi strukturlara satışına dair razılıq əldə olunub.
Qeyd edək ki, “Anji”də Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov böyük məşqçi, yığmamızın müdafiəçisi Mahir Şükürov isə futbolçu kimi yer alıb. 5,5 milyard dollar pulu olan Süleyman Kərimov isə 2010-cu ildə Rusiyanın ən varlı biznesmenləri arasında 19-cu, dünyada isə 136-cı yeri tutur.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0