Anatoli Doroş: Məmmədova rəqib olacağam
20.01.2011 - 09:00
Azərbaycan milli çempionatının iştirakçısı olmuş moldovalı futbolçu Anatoli Doroş karyerasını Qazaxıstanda davam etdirəcək. Bu haqda apasport.az Antalyaya ezam olunmuş əməkdaşına məlumat verən yığmanın hücumçusu Pavlodarın “İrtış” klubuna keçidinin həll olunduğunu bildirib. Doroş Qazaxıstan Superliqasında azərbaycanlı Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau” klubuna rəqib olacaq: “Məmmədovun təyinatından xəbərim var. Ona işində uğurlar arzulayıram. “İrtış”la müqaviləni razılaşdırmışıq və bu, 1 illik olacaq”.
“Neftçi” kimi Antalyada “Titanik” otelinin meydançasında yoxlama oyunu keçirən “İrtış” Rusiyanın I divizion təmsilçisi “Ximki” klubuna 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Anatoli klublarımızdan “MKT-Araz”, “Standard”, “Karvan” və “Olimpik-Şüvəlan”da oynayıb.
Mehman SÜLEYMANOV

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0